13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ruslar Xarkov şəhərini bombalayır, ölənlər var
Tarix: 30-08-2024 17:54 | Bölmə: Siyasət
Ruslar Xarkov şəhərini bombalayır, ölənlər var

Avqustun 30-da günortadan sonra Rusiya qoşunları idarə olunan bombalarla Xarkova hücum edib. Bir uşaq da daxil olmaqla, ölüm hallarının qeydə alındığı bildirilir.

Reyting.az
Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, saat 16:33-ə olan məlumata görə, dörd nəfər həlak olub. Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov deyib ki, ölənlər arasında 14 yaşlı qız da var.

Saat 16:15-ə olan məlumata görə, artıq 28 yaralı var.

Qeyd olunur ki, hündürmərtəbəli yaşayış binası da vurulub, həmin ərazidə də ölənlər var.

ELÇİN




Bölməyə aid digər xəbərlər