“Artıq bir-biri ilə çəkişən diaspor təşkilatımız, demək olar ki, yoxdur” - Komitə sədri
Tarix: 30-12-2018 08:28 | Bölmə: Siyasət
“Artıq bir-biri ilə çəkişən diaspor təşkilatımız, demək olar ki, yoxdur”

Artıq bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatımız, demək olar ki, yoxdur.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Xalq qəzeti"ndə dərc olunan məqaləsində qeyd edib.

DİDK sədri xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərildiyini bildirib:

"Artıq Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı, demək olar ki, yoxdur. Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq".

Komitə sədri daha əvvəl xaricdə dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatının mövcud olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər