Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-05-2016 12:56 | Bölmə: Siyasət

"Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Rusiya KİV-nə müsahibə verib.
Reyting.az saytı Publika.az-a istinadən həmin müsahibəni təqdim edir.
- Qarabağ zonasında gərginlik bir qədər yatıb. Bu sakitlik uzun
müddət davam edə bilərmi?
- Qorxuram ki, yox. Vəziyyət hələ də kövrək olaraq qalır. Həqiqətən də münaqişənin
yenilənməsinə dair qorxular var. Azərbaycan yeni siyasi prosesin başlanmasını
istəyir, erməni tərəfi atəşkəsin möhkəmləndirilməsini. Qorxuram ki, yaxın
aylarda münaqişəyə dair ciddi sıçrayış olmayacaqsa, müharibə yenilənə bilər.
Vəziyyət həqiqətən də ekstremaldır.
- Necə düşünürsünüz, bu vəziyyətdə Rusiyanın maraqları nədir?
Moskva müharibəyə qarışacaqmı? Ümumiyyətlə, Rusiya münaqişənin həllini, yoxsa
eskalasiyasını istəyir?
- Bu barədə nəsə demək çətindir. Amma bir məsələni inamla demək olar: Ukrayna
və gürcü münaqişələrindən fərqli olaraq Qarabağda vəziyyəti Rusiya idarə etmir,
orada onun sülhməramlıları yoxdur. Bundan başqa, Rusiyanın hər iki ölkədə
maraqları var. Düşünürəm ki, münaqişənin yenilənməsi Rusiyaya dəqiq lazım
deyil. Çünki onun Ermənistanla hərbi öhdəlikləri var, Azərbaycanla isə
münasibətlərini korlamaq istəmir. Yeni müharibədə Rusiya hər iki tərəfi
dəstəkləməyə məcbur olacaq ki, bu da onun maraqlarına uyğun deyil. Ehtimal ki,
Rusiya münaqişənin həllini istəyir. Lakin o şərtlə ki, bu, onun təşəbbüsü
altında baş verməlidir. Mümkündür ki, Rusiya münaqişə zonasına öz
sülhməramlılarını yerləşdirmək və Cənubi Qafqazda öz təsirini gücləndirmək
istəyir. Lakin son söz İlham Əliyev və Serj Sarkisyanındır. Fikrimcə, onların
heç biri müharibə istəmir. Lakin müharibənin başlama riski böyükdür və bu hər
an baş verə bilər.
- Regionda Türkiyə, İran kimi ölkələr hansı addımı ata bilər?
- Türkiyə yeni müharibədə dəqiq maraqlı deyil. O, Azərbaycanı qəti şəkildə
dəstəkləyir. Türkiyə amili Azərbaycanın sakitləşdirilməsində rol oynaya bilər.
İrana gəlincə, o, regionda yeni amildir. İran yavaş-yavaş regiona qayıdır, lakin bu proses yavaş gedir. İran da
müharibədə maraqlı deyil, çünki hər iki ölkə ilə qonşudur. Ümid edirəm ki, İran
daha dinamik rol oynaya bilər.
- Ümumiyyətlə münaqişənin xüsusiyyətləri nədir?
- Burada milli emosiyalar güclüdür, hər iki tərəfdə xalq Qarabağla nəfəs alır.
Bu baxımdan, ictimaiyyətin liderlərə təsiri böyükdür. Ermənistanın torpaqları
işğal etməsi Azərbaycan üçün qəbuledilməzdir. Ümumiyyətlə, münaqişə mürəkkəb coğrafiyada yerləşir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər