Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-05-2016 14:01 | Bölmə: Siyasət

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələri ilə bağlı sərt bəyanat verib.
QAT ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin – ABŞ, Rusiya və Fransanın xarici işlər idarələri rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin 2016-cı il mayın 16-da Vyanada keçirilən görüşü zamanıəldə olunan razılaşmanı qətiyyətlə rədd etdiyini bildirir:
"Verilən məlumata görə, tərəflər atəşkəs rejimini bərpa etmək, təmas xəttində baş vermiş hadisələri araşdırmaq, qarşılıqlı etimadı möhkəmləndirmək və sair bu kimi reallığı əks etdirməyən məsələlərə dair razılıga gəliblər. Bu qərarlar münaqişənin ədalətli həllinə deyil, status-kvonun saxlanılmasına, torpaqlarımızın Ermənistanın işğalı altında qalmasına və birmənalı şəkildə işğaçı Ermənistanın maraqlarına xidmət edir.
Vyana görüşündə həmsədrlərin ədalətli mövqe tutacağına, işğalçı Ermənistanı sülhə məcbur edəcəklərinə, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün təşəbbüs edəcəklərinə ümid edirik. Bu, bizim sonuncu ümidimiz idi, sonuncu ümid də özünü doğrultmadı. Artıq Minsk qrupu həmsədrlərinə, digər vasitəçilərə ümid etməyin mənası yoxdur”,-deyə bəyanatda bildirilir:
"Biz Azərbaycan hakimiyyətinin Vyana görüşünə getməsini və ondan sonra danışıqların davam etdirilməsinə razılıq verməsini yanlış addım hesab edirik. Qarabağı danışıqlar yolu ilə azad etmək mümkün deyil, bu yolla Qarabağı düşmənə təhvil vermək olar. Danışıqlar yolu xəyanət yoludur. Hakimiyyət danışıqlar yolunu tutursa, deməli, xəyanət yolu ilə gedir. Biz Azərbaycan hakimiyyətini qorxaqlıqda və qətiyyətsizlikdə ittiham edirik. Hakimiyyət ya qorxaqlığını, qətiyyətsizliyini etiraf edib kənara çəkilməli, ya da aprel döyüşlərini davam etdirməli, torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsinə nail olmalıdır.
Aprel döyüşləri zamanı Azərbaycan xalqı yüz minlərlə şəhid verməyə hazır olduğunu, milli iradəsini nümayiş etdirdi. Azərbaycan hakimiyyəti məhz xalqın bu iradəsinə söykənərək bütün vasitəçilərin rədd olub getmələrini tələb etməli, onları qovmalı və hərbi əməliyyatlara başlamalıdır”,-deyə bəyanatda qeyd edilir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər