Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-05-2016 11:06 | Bölmə: Siyasət

"Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa".
Reyting.az APA-ya istinadən bildirir ki, bunu Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada keçirilən görüşünü şərh edərkən deyib.
Bununla belə, ekspert bildirib ki, bu görüş bir neçə mərhələdə məlum formula çıxmaq üçün lazım idi:
"Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistan blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir. Vyana görüşünü dördgünlük müharibədən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar.Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq".
S.Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub:
"Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir.
İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr özündə Dağlıq Qarabağın Azərbaycana aid olmasını ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər