Partiya sədri deputatlara səsləndi: “Qeyrətiniz varsa...”
Tarix: 14-01-2019 17:16 | Bölmə: Siyasət
 Partiya sədri deputatlara səsləndi: “Qeyrətiniz varsa...”

"Görünür, Tahir Kərimli və Milli Məclisə “təyin olunan” digər deputatlar Azərbaycanın bütün problemlərini həll ediblər, qalıb ayların adlarının dəyişdirilməsi məsələsi”.

Reyting.az
xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deputat Tahir Kərimlinin ayların adının dəyişdirilməsi təklifinə münasibət bildirərkən deyib.

H. Hacıyev T. Kərimlinin belə təkliflərlə baş qatdığını bildirib. Onun sözlərnə görə, T. Kərimli mövzu tapmır və gündəmə gəlməkdən ötrü çabalayır. Hafiz Hacıyev təəssüflə qeyd edib ki, Tahir Kərimli, heç olmasa, bir dəfə də olsun, ölkədə yaranan problemlərlə, şəhid ailələrinin sığorta pullarının verilməməsi ilə bağlı çıxış etməyib: “O, hətta Milli Məclisdə yanında oturan Hadı Rəcəbliyə pensiyaların artması ilə bağlı sual da verməyib. Tahir Kərimliyə sual verirəm ki, siz deputatlar 2 min manatla dolana bilmirsinizsə, müəllimlər, həkimlər 250-300 manatla necə dolansınlar?!”

MMP sədri bildirib ki, Azərbaycan dünyaya inteqrasiya olunan ölkədir, Avropa Şurasının, BMT-nin üzvüdür, bizim xaricdə yaşayan soydaşlarımız da var və Tahir Kərimlinin arzusunu yerinə yetirib ayların adını dəyişsək, bu, onlar üçün anlaşılmaz olacaq: “Ona görə də Tahir Kərimli baş qatmaqla məşğul olmasın, yekə oğlandır, ayıbdır. Azərbaycanı Ali Məhkəmədə işlədiyi dövrə gətirib çıxarmasın. Bizim o qədər milli problemlərimiz var ki”.

H. Hacıyev sonda T. Kərimlini və digər deputatları nəzərdə tutaraq bunları deyib:

“Onların qeyrətləri varsa, desinlər ki, Dağlıq Qarabağ problemini həll edək və paytaxtı Xankəndinə köçürək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər