Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq - Bu gün
Tarix: 16-01-2019 08:58 | Bölmə: Siyasət
Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan Parisdə görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Reyting.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər