Suriyanın taleyi dəyişə bilər: Türkiyə ilə iki ölkə bir araya gəlir
Tarix: 06-12-2024 09:30 | Bölmə: Siyasət
Suriyanın taleyi dəyişə bilər: Türkiyə ilə iki ölkə bir araya gəlir

Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Sergey Lavrov, Hakan Fidan və Abbas Əraqçi bu gün Qətərin paytaxtı Dohada Suriya məsələsini müzakirə edəcəklər.

Reyting.az
xəbər verir ki, Lavrov 2019 və 2020-ci illərdə Astana danışıqları çərçivəsində əldə olunan razılaşmaları xatırladıb.

O, Türkiyə, Rusiya və İran arasında bu danışıqların müntəzəm olaraq davam etdiyini bildirib. Lavrov deyib ki, məqsəd suriyalıların bir-biri ilə barışmasını təmin etməkdir.

Lavrov, eyni zamanda ABŞ və Britaniyanı bölgədəki separatçı qüvvələrə dəstək verməkdə ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər