Bəşər Əsəd qaçıb, müxalifət ölkənin paytaxtını ələ keçirib
Tarix: 08-12-2024 08:41 | Bölmə: Siyasət
Bəşər Əsəd qaçıb, müxalifət ölkənin paytaxtını ələ keçirib

Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, prezidentin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.

Siyasətçini müşayiət edən mühafizəçilərin də Dəməşqdə olmadığı bildirilir.

Bu arada qeyd edək ki, Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.

“Əl-Cəzirə” telekanalı bildirir ki, müxalif qüvvələr Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.

Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər