XİN: "Baş Konsulluğumuz öz binasında fəaliyyətini bərpa edib"
Tarix: 10-02-2025 10:26 | Bölmə: Siyasət
XİN: "Baş Konsulluğumuz öz binasında fəaliyyətini bərpa edib"

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.




Bölməyə aid digər xəbərlər