Deputatlar Türkiyəyə səfər edəcək
Tarix: 14-02-2025 15:11 | Bölmə: Siyasət
Deputatlar Türkiyəyə səfər edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Reyting.az
xəbər verir ki, səfərin məqsədi türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etməkdir.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunacaq.




Bölməyə aid digər xəbərlər