Tramp Zelenskini diktator adlandırıb
Tarix: 19-02-2025 22:09 | Bölmə: Siyasət
Tramp Zelenskini diktator adlandırıb

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini tənqid edib. Tramp deyib ki, Zelenski ABŞ-ı "qalib gəlməsi mümkünsüz görünən, eləcə də başlamamalı bir müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb".

Reyting.az
-ın məlumatına görə, Donald Tramp qeyd edib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan çox - 200 milyard dollar xərcləyib, lakin bunun müqabilində heç nə almayacaq. Donald Tramp bildirib ki, ABŞ-nın əvvəlki prezidenti Co Bayden bu məsələdə "balans" yaratmaq üçün çağırış etməyib.

"Axı, bu müharibə bizim üçün deyil, daha çox Avropa üçün vacibdir - bizim maneə kimi böyük, gözəl okeanımız var. Üstəlik, Zelenski etiraf edir ki, ona göndərdiyimiz pulun yarısı "yoxa çıxıb". O, həm də seçki keçirməkdən imtina edir. O, ukraynalılar arasında aşağı reytinqə malikdir və onun bacardığı yeganə iş Baydeni skripka kimi "çalmaq" olub. Seçkisiz diktator Zelenski tələssə yaxşıdır, əks halda onun ölkəsi qalmayacaq”, - deyən Tramp əlavə edib ki, müharibəyə son qoymaq üçün Rusiya ilə çox uğurlu danışıqlar aparırlar və hamı bunu Tramp administrasiyasının edə biləcəyini anlayır: “Amma Bayden buna heç vaxt cəhd etmədi. Avropa isə sülh gətirə bilmədi. Zelenski də yəqin ki, "maliyyə axınının" davam etməsini istəyir”.

ABŞ Prezidenti sonda qeyd edib ki, Ukraynanı sevir, lakin Zelenski pis iş görüb, ölkəsi dağıdılıb və milyonlarla insan ölüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər