Nazir: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz
Tarix: 20-02-2025 00:05 | Bölmə: Siyasət
Nazir: Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz

Ukrayna üç il ərzində müharibəyə tab gətirib və heç kim bu ölkəni təslim olmağa məcbur edə bilməz.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkə hesabında qeyd edib.

O, Ukraynanın Avropanın müasir tarixində ən dəhşətli hərbi təcavüzə, üç illik müharibəyə tab gətirdiyini xatırladıb.

A. Sibiqa qeyd edib ki, Ukrayna prezidenti V. Zelenski və ukraynalılar Rusiya prezidenti V. Putinin “təzyiqlərinə boyun əyməkdən imtina ediblər”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər