Amerikalılar Trampın Zelenski haqqında dedikləri ilə razılaşmır
Tarix: 21-02-2025 11:02 | Bölmə: Siyasət
Amerikalılar Trampın Zelenski haqqında dedikləri ilə razılaşmır

Əksər amerikalılar Ukraynada müharibəni Rusiyanın başladığına inanır, Kiyevin ilk hücum etdiyini deyənlər isə azdır.

Reyting.az
xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“YouGov” sorğusu göstərib ki, amerikalıların 61 faizi Ukraynada təxminən üç ildir davam edən müharibəni Rusiyanın başladığına inanır, təxminən 6 faizi isə bunu Ukraynanın başlatdığını deyib.

Sorğunun nəticələrinə görə, respondentlərin təxminən 15 faizi hər iki tərəfi eyni dərəcədə ittiham edib, 18 faizi isə əmin deyil.

Amerikalıların 45 faizi Ukrayna prezidentini diktator hesab etmir. Təxminən 22 faiz onun diktator olduğuna inanır, respondentlərin üçdə biri isə əmin deyil.

Sorğu fevralın 19-da 4071 amerikalı arasında keçirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini müharibənin başlamasında ittiham edərək, “o, heç vaxt başlamamalı idi”,- deyib və onu “seçkisiz diktator” adlandırıb. Ukrayna prezidenti ertəsi gün ABŞ liderinin Rusiyanın “dezinformasiya məkanında” yaşadığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər