İki ölkə Ukrayna limanlarında qoşun yerləşdirmək istəyir
Tarix: 26-02-2025 11:24 | Bölmə: Siyasət
İki ölkə Ukrayna limanlarında qoşun yerləşdirmək istəyir

Britaniya və Fransa münaqişənin həlli çərçivəsində Ukraynada mühüm infrastruktur obyektlərinin, o cümlədən limanların və atom elektrik stansiyalarının yaxınlığında qoşun yerləşdirmək istəyir.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı adı açıqlanmayan qərb rəsmisinə istinadla yazıb.

Bildirilir ki, London və Parisin planlarına görə, hərbi kontingent cəbhə xəttində deyil, Ukrayna şəhərlərində yerləşdirilməlidir.

ABŞ prezidenti Donald Tramp fevralın 24-də jurnalistlərə bildirib ki, münaqişənin həlli ilə bağlı razılıq əldə olunarsa, Rusiya rəhbərliyi Ukraynada avropalı sülhməramlıların potensial yerləşdirilməsinə razılıq verməyə hazırdır. Amerika liderinin sözlərinə görə, Rusiya prezidenti bunu son telefon danışığı zamanı deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər