Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib
Tarix: 26-02-2025 14:42 | Bölmə: Siyasət
Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların hazırda müzakirə olunmadığını desə də, gələcəkdə bu sanksiyaların ləğv oluna biləcəyini qeyd edib.

Reyting.az
xəbər verir ki, jurnalistlər ABŞ prezidentinə Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar çərçivəsində Rusiya Federasiyasına qarşı sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı sual ünvanlayıb.

“Xeyr, hələ heç kim sanksiyaları qaldırmayıb. Düşünürəm ki, nə vaxtsa olacaq, amma hələ yox”, - deyə Tramp cavab verib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümündə Böyük Britaniya son üç ildə Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təqdim edib. Sanksiyalar Rusiya Federasiyasının “hərbi xəzinəsinə daxil olan vəsaitlərə”, “Rusiyanın hərbi maşınına, onu dəstəkləyən üçüncü ölkələrdəki təşkilatlara və arxalandığı kövrək təchizat şəbəkələrinə” qarşı yönəlib.

Avstraliya və Yeni Zelandiya da Rusiyaya güclü sanksiyalar tətbiq edib. Bundan əlavə, Avropa İttifaqı Şurası iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərin genişmiqyaslı 16-cı paketini təsdiqləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər