Zelenski Tramp qarşısında özünü təqsirkar saymır
Tarix: 01-03-2025 10:54 | Bölmə: Siyasət
Zelenski Tramp qarşısında özünü təqsirkar saymır

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Tramp qarşısında özünü qətiyyən təqsirkar saymır. O, hesab edir ki, hərdən bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etmək lazımdır.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti V. Zelenski "FOX News" telekanalına müsahibəsində D. Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Trampla münasibətləri iki prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır.

Qeyd edək ki, ABŞ-da səfərdə olan V. Zelenskinin prezident D. Tramp və vitse-prezident C. D. Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Nəticədə V. Zelenski danışıqları yarımçıq tərk edib.

Bundan sonra Ağ evin rəhbəri D. Tramp bu hərəkəti hörmətsizlik kimi dəyərləndirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər