Ukrayna üzrə Avropa sammiti başlayıb - Foto
Tarix: 02-03-2025 22:19 | Bölmə: Siyasət
Ukrayna üzrə Avropa sammiti başlayıb

Böyük Britaniyanın paytaxtı Londonun Lankaster-haus iqamətgahında Ukrayna üzrə Avropa sammiti başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər yazıb.

Bildirilir ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıya 18 ölkə və birliklərin nümayəndələri qatılıblar.

Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun baş katibi Mark Rütte və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edirlər. Görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidanın təmsil etdiyi bildirilir. Tədbir iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da var.

Qeyd olunur ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.

Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. Martın 2-də, bazar günü, səhər isə Böyük Britaniyanın hökumət başçısı italiyalı həmkarı Corca Meloni ilə ikitərəfli danışıqlar aparmışdı.





Bölməyə aid digər xəbərlər