Hikmət Hacıyev BMT rəsmisi ilə görüşüb
Tarix: 03-03-2025 12:38 | Bölmə: Siyasət
Hikmət Hacıyev BMT rəsmisi ilə görüşüb

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Qvi-Yop Son sosial media hesabında yazıb.

O, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı irəliləyişi daha da sürətləndirmək üçün BMT-nin inkişaf sisteminin necə çevik və tələb yönümlü edilə biləcəyi barədə səmərəli müzakirəyə görə Hikmət Hacıyevə təşəkkür edib: "Sıx əməkdaşlıq dayanıqlı inkişafın açarıdır!".




Bölməyə aid digər xəbərlər