Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-01-2016 17:42 | Bölmə: Siyasət

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə günbəgün dərinləşən total iqtisadi böhran müzakirə edilib.
Partiyadan strateq.az-a daxil olan məlumata görə, toplantıda ölkədə işsizliyin böyük sürətlə artması, əhalinin böyük hissəsinin yoxsulluq həddinə düşməsi və iqtisadi böhranın sosial böhrana keçmə təhlükəsinin riskli olduğu qeyd edilib. Toplantıda hökumətin anti-böhran tədbirlərinin real vəziyyətə adekvat olmadığı qeyd edilib və hakimiyyəti radikal siyasi-iqtisadi islahatlara başlamağa çağrılıb.
İdarə Heyəti manatın üzən məzənnəyə keçməsindən sui-istifadə hallarının getdikcə artmasından narahat olduğunu bildirib.
"Belə ki, Milli Bank müəmmalı şəkildə ölkə əhalisinin böyük əksəriyyətini məlumatlandırmadan qeyri-müəyyən səbəblərdən bir neçə dəfə qısa müddətə manatın məzənnəsini əvvəlki kursa uyğun endirmişdir. Bu əməliyyat işbazların milyonlarla dollar qazanması üçün edildiyinə şübhə yaradır. Buna paralel olaraq Milli Bank valyuta bazarına yüz milyon dollarla xarici valyutanı qeyri-aşkarlıq şəraitində satışa çıxarımışdır ki, bu da dollar qıtlığına təsir etməmişdir. Faktlar onu göstərir ki, həmin əməliyyatın xüsusi şəxslərin maraqlarına uyğun şəkildə həyata keçirildiyinə şübhə yaradır. Elə buna görə də ADP prokurorluq orqanlarını hər iki faktı araşdıraraq xalqa bu barədə məlumat verməyə çağırır".
İdarə Heyəti Zərdab rayonun sabiq müstəntiqi R.Səfərovun tutduğu vəzifəsindən istefa verdikdən və hakimiyyətin ünvanına sərt çıxışlar etdikdən sonra onun haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə münasibət bildirib, həbsin siyasi motivli olduğunu diqqətə çatdırıb.Hakimiyyətdən isəAzərbaycana qarşı beynəlxalq təzyiqlərə yol açan bu cür siyasi motivli həbslərə son qoymağı tələb edib.
İdarə Heyəti "Azal” hava yolları şirkətinin təyyarə biletlərinin satışının yalnız xarici valyuta ilə həyata keçirməsi haqqında çıxardığı qərarı qətiyyətlə pisləyib.Bufaktın ticari əməliyyatların milli valyuta ilə həyata keçirilməsi barədə konstitusiyada əksini tapan müddəalara zidd olduğunu bildirib və şirkət rəhbərliyini bu cür qeyri-qanuni əməllərə son qoymağa çağırıb.
İdarə Heyəti qanlı 20 Yanvar hadisəsinin növbəti ildönümü ilə bağlı məsələyə münasibət bildirib.İdarə Heyəti bu hadisəni Azərbaycan xalqının milli azadlıq hərəkatının şanlı səhifəsi, rus imperialist qüvvələrinin xalqımıza qarşı törətdiyi beynəlxalq cinayət əməli kimi dəyərləndirib.
ADP xalqı imperialist qüvvələrinin bu cür cinayətlərini unutmamağa, müstəqilliyin qədrini bilməyə və xaqımızın düşmənlərini unutmamağa səsləyib.Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər