Tramp: USAID fırıldaqçılıqla məşğul olub
Tarix: 19-03-2025 08:35 | Bölmə: Siyasət
Tramp: USAID fırıldaqçılıqla məşğul olub

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətində genişmiqyaslı saxtakarlıq sxemləri olub.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

“Çox gözəl səslənir - ABŞ Beynəlxalq İnkişaf Agentliyi. Möhtəşəm deyilmi? Ancaq bu tam bir fırıldaqdır”, - Ağ ev rəhbəri qeyd edib.

Tramp Merilend ştatının federal dairə məhkəməsi tərəfindən çıxarılan hökmü tənqid edib və ona etiraz edəcəyinə söz verib.

Qeyd edək ki, Merilend ştatının federal dairə məhkəməsinin hakimi Trampın agentliyin işini məhdudlaşdırmaq və bəzi əməkdaşlarını işdən çıxarmaq qərarlarını qanunsuz sayıb.(APA)




Bölməyə aid digər xəbərlər