14:10 / 02-04-2025
Sabah yağış yağacaq
Paşinyan: "Ermənistan sülh gündəliyinə sadiqdir"
Tarix: 01-04-2025 18:44 | Bölmə: Siyasət
Paşinyan: "Ermənistan sülh gündəliyinə sadiqdir"

Ermənistanın baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.

Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Öz növbəsində, F. İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.




Bölməyə aid digər xəbərlər