Pezeşkian: ABŞ səmimi olduğunu sübut etməlidir
Tarix: 08-04-2025 08:02 | Bölmə: Siyasət
Pezeşkian: ABŞ səmimi olduğunu sübut etməlidir

İran prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlara inandıqlarını bildirib. O, əlavə edib ki, ölkəsi bütün dünya ilə danışıqlara açıqdır və heç kimlə döyüşmək niyyəti yoxdur.

Reyting.az
xəbər verir ki, İran prezidentinin fikrincə, amerikalılar danışıqlarda səmimi olduqlarını sübut etməlidirlər.

Ramazan bayramında region ölkələrinin liderləri ilə telefon danışığı apardığını ifadə edən Pezeşkian deyib: “Bu ölkələrlə əlaqələrimiz keçmişə nisbətən indi çox yaxşıdır. Ancaq ABŞ-la danışıqlar məsələsi fərqlidir. Əgər bir ölkə, məsələn, ABŞ bizi hər tərəfdən təzyiq altında saxlayır və hər gün təhdid edirsə, belə bir ölkə ilə necə danışıqlar apara bilərik?”.

“Biz bütün dünya ilə danışıqlara açığıq və heç kimlə döyüşməkdə maraqlı deyilik. Bununla belə, alçaldıcılığı qəbul etməyəcəyik. Biz heç bir şərtlə danışıqlar aparmayacağıq. Müharibə, qarşıdurma və nüvə silahı arxasınca getmədiyimizi necə başa salmalıyıq? Biz həqiqətən də danışıqları istəyirik, amma amerikalılar danışıqlarda səmimi olduqlarını sübut etməlidirlər. İranın nüvə imkanlarından qeyri-sülh məqsədləri üçün istifadə etmək niyyəti yoxdur”, - prezident qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər