Əli Kərimlinin mühafizəçisinin şikayəti ilə bağlı qərar verilib
Tarix: 08-04-2025 10:30 | Bölmə: Siyasət
Əli Kərimlinin mühafizəçisinin şikayəti ilə bağlı qərar verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Reyting.az
 Teleqraf-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Kənan Zeynalovun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət üzrə qərar elan olunub.

Şikayət təmin olunmayıb.

Xatırladaq ki, martın 22-də Suraxanı Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Hakim təqdimatı təmin edib və K.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.




Bölməyə aid digər xəbərlər