Ordumuzun mövqeləri yenə atəşə tutulub - (Yenilənib)
Tarix: 09-04-2025 20:56 | Bölmə: Siyasət
Ordumuzun mövqeləri yenə atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub: "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb".

***

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayb.

Bildirlib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər