Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Tarix: 09-04-2025 13:26 | Bölmə: Siyasət
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Suqovuşana 54 ailə - 179 nəfər köçürülüb.

***

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, kəndə çatan ailələrə evlərinin açarlarının təqdimatından əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açarlar sahiblərinə verilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.

Qeyd edək ki, Suqovuşan kəndi fasiləsiz elektirik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Xatırladaq ki, indiyədək Ağdərə rayonunun Suqovuşan kəndinə dörd köç karvanı olub. Kənddə ümumilikdə 180 ailə məskunlaşıb.








Bölməyə aid digər xəbərlər