Ukraynanın daha iki vilayətinə hücum başlayıb
Tarix: 09-04-2025 13:53 | Bölmə: Siyasət
Ukraynanın daha iki vilayətinə hücum başlayıb

Rusiya Ukraynanın Sumı və Xarkov vilayətlərinə yenidən hücuma keçib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sirski bildirib.

General-polkovnik deyib: “Rusiya Ukrayna ərazilərini ələ keçirmək, qoşunlarımızı məğlub etmək, dərindən irəliləmək məqsədi ilə strateji hücum əməliyyatını davam etdirir. Donetsk və Luqansk vilayətlərini, eləcə də Xerson və Zaporojya vilayətlərinin bir hissəsini tamamilə ələ keçirməyə çalışır. Düşmənin məqsədi Xarkov, Sumı və Çerniqov vilayətləri ərazisində bufer zona yaratmaqdır”.

Baş Qərargah rəisinin fikrincə, Rusiya dayanmaq fikrində deyil: “Bütün danışıqlara baxmayaraq, biz yalnız hücum hərəkətlərinin intensivliyinin artdığını görürük. Mən deyə bilərəm ki, prezident Zelenski tamamilə haqlıdır və bu hücum faktiki olaraq artıq başlayıb”.

General əlavə edib ki, son bir neçə gündə Ukraynaya bütün əsas istiqamətlərdən hücumlar demək olar, iki dəfə artıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər