Xələfov Lavrovla Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib
Tarix: 09-04-2025 18:57 | Bölmə: Siyasət
Xələfov Lavrovla Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirlir.

Məlumata görə, Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub.

Qeyd olunur ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər