Donald Tramp Si Cinpinlə görüşə hazırlaşır
Tarix: 10-04-2025 10:39 | Bölmə: Siyasət
Donald Tramp Si Cinpinlə görüşə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpini kütləvi ticarət tarifləri tətbiq etdikdən və Çinlə faktiki olaraq ticarət müharibəsinə başladıqdan sonra onu “dost” adlandırıb.

Reyting.az
xəbər verir ki, bunu prezident Tramp Oval kabinetdə çıxışı zamanı bildirib.

Jurnalistlərdən birinin Çin lideri ilə danışmaq və ya görüşmək istəyib-istəmədiyini soruşduqda Tramp, “Əlbəttə, o mənim dostumdur. Ondan xoşum gəlir”, - deyib.

“Əlbəttə, mən onunla görüşəcəkdim”, - Tramp əlavə edib.

Tramp daha əvvəl Pekinin ABŞ mallarına əlavə cavab rüsumları tətbiq etməsindən sonra Çinə tarif dərəcələrini 125 faizə qaldırdığını açıqlamışdı. Eyni zamanda, daha əvvəl Ağ evdə keçirilən başqa bir tədbirdə o, “Çinin müqavilə bağlamaq istədiyinə” inandığını söyləyib: “Çin sövdələşmə etmək istəyir. Onlar sadəcə, bunu necə edəcəklərini bilmirlər. Bilirsiniz, bu, onların bilmədiyi şeylərdən biridir - onlar qürurlu insanlardır. Və prezident Si qürurlu insandır. Mən onu çox yaxşı tanıyıram və onlar bunu necə edəcəyini tam bilmirlər. Amma onlar bunu anlayacaqlar. Onlar məsələni həll etmək prosesindədirlər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər