Çin ABŞ-a səfər edən vətəndaşlarına xəbərdarlıq edib
Tarix: 10-04-2025 12:32 | Bölmə: Siyasət
Çin ABŞ-a səfər edən vətəndaşlarına xəbərdarlıq edib

Çin hökuməti tariflərin artırılması ilə bağlı iki ölkə arasında gərginliyin yüksəlməsi fonunda öz vətəndaşlarına ABŞ-a səfər edərkən təhlükəsizlik risklərinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Reyting.az
xəbər verir ki, müvafiq xəbərdarlığı Mədəniyyət və Turizm Nazirliyi edib.

“Çin və ABŞ arasında iqtisadi-ticarət əlaqələrinin pisləşməsi və ölkədəki təhlükəsizlik vəziyyəti səbəbindən çinli turistlər ABŞ-a səyahət risklərini qiymətləndirməli və səyahət edərkən diqqətli olmalıdırlar”, - deyə xəbərdarlıqda bildirilib.

Bundan başqa, Çin Təhsil Nazirliyi ABŞ-nın Ohayi ştatında qəbul edilən qanun layihəsini nəzərdə tutaraq tələbələrə bu şatata getmək istəyərəkən təhlükəsizlik risklərini nəzərə almağa çağırıb. Bununla Çin faktiki olaraq, vətəndaşlarına ABŞ-a səyahət etməməyi təşviq edir.

Xatırladaq ki, hazırda ABŞ və Çin arasında misli görünməyən “ticarət qarşıdurması” davam edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər