15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ceyhun Bayramov: “Balkanlar və Cənubi Qafqazda təhlükəsizlik..."
Tarix: 17-04-2025 13:27 | Bölmə: Siyasət
Ceyhun Bayramov: “Balkanlar və Cənubi Qafqazda təhlükəsizlik..."

2026-cı ildə Azərbaycan ilə Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Biz münasibətlərimizə qarşılıqlı hörmət, bir-birinin maraqlarına diqqətli və anlayışlı yanaşma prinsipləri əsasında baxırıq.

Reyting
xəbər verir ki, bunu aprelin 17-də Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonla birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, bu gün keçirilən görüşlərdə ikitərəfli dialoqun intensivləşdirilməsi və praktiki addımlarla həyata keçirilməsi məsələləri müzakirə olunub. Bu məqsədlə yüksək səviyyəli səfərlərin təşkili və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb, hüquq-müdafiə bazası çərçivəsinin genişləndirilməsinin vacibliyi qeyd edilib. İqtisadi sahədə birgə işçi qrupun yaradılması və fəaliyyətinin əhəmiyyəti də önə çəkilib.

Ceyhun Bayramov əlavə edib: “Balkanlar və Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı faydalı müzakirələr apardıq. Hər iki ölkə üçün önəm daşıyan qlobal miqyaslı proseslər bu gün keçirilən görüşdə diqqət mərkəzində olub”.




Bölməyə aid digər xəbərlər