15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ədalət Partiyasında sədr postu uğrunda mübarizə qızışır
Tarix: 17-04-2025 13:29 | Bölmə: Siyasət
Ədalət Partiyasında sədr postu uğrunda mübarizə qızışır

"Ədalət Partiyasının gələcəyi İlyas İsmayılovu həm hüquqda, həm də siyasətdə kumir hesab edənləri çox maraqlandırır".

Reyting.az
xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, partiya daxilində fərqli fikirlər bəzən narahatlıq yaradır.

"Ancaq biz sınaqdan da üzüağ çıxacağıq. Axı, İlyas müəllimin partiyası və yetirmələri qanunlara əməl etməyə bilməz", - o qeyd edib.

Xatırladaq ki, İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasında sədrlik uğrunda iki qrup mübarizə aparır.

Onu da qeyd edək ki, hazırda partiya sədrinin səlahiyyətlərini Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev həyata keçirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər