15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Tramp: Gələn həftə Ukrayna ilə saziş imzalanacaq
Tarix: 18-04-2025 00:05 | Bölmə: Siyasət
Tramp: Gələn həftə Ukrayna ilə saziş imzalanacaq

Ukrayna ilə ABŞ arasında faydalı qazıntıların çıxarılmasına dair saziş gələn həftə imzalana bilər.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə Ağ evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşündən sonra birgə brifinq zamanı danışıb.

Amerika lideri sazişin hansı gün imzalanacağını da açıqlayıb.

"Bizim mədən hasilatı ilə bağlı sazişimiz var, düşünürəm ki, sənəd cümə (aprelin 24-də) axşamı imzalanacaq. Bizim bununla bağlı razılaşmamız var", - o deyib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ilə ABŞ arasında “niyyət memorandumu”nun imzalana biləcəyini demişdi. Bununla belə, tam razılaşma üzərində iş hələ də davam edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər