15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb"
Tarix: 18-04-2025 10:26 | Bölmə: Siyasət
Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb"

"Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb".

Reyting.az
xəbər verir ki, bu sözləri Prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri ilə söhbətdə deyib.

O bildirib ki, Azərbaycan qətiyyətli addımlar və məsuliyyətli dövlət idarəçiliyi ilə münaqişəyə özü son qoyub: "Azərbaycanln yanaşması yalnız münaqişəyə son qoymayıb, həm də Cənubi Qafqazda uzunmüddətli barışığın və sülhün təməlini qoyub. Keçid ədaləti hər post-münaqişə vəziyyətində olduqca vacibdir. Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət bərqərar olacaq. Bu, hər bir münaqişədən sonrakı prosesin əsas tərkib hissəsidir. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.




Bölməyə aid digər xəbərlər