Tehran Ağ evlə bir şərtlə razılaşa bilər
Tarix: 22-04-2025 07:41 | Bölmə: Siyasət
Tehran Ağ evlə bir şərtlə razılaşa bilər

İran ABŞ ilə bərabər şərtlərlə nüvə sazişini imzalamağa hazırdır.

Reyting.az
“Sputnik-Kazaxstan”-a istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Birləşmiş Ştatlarla danışıqlara gəlincə, M. Pezeşkian bildirib ki, müəyyən çərçivədə və milli maraqlara uyğun şərtlə razılaşma mümkündür. “Amma onlar bizimlə bərabər şərtlərlə sövdələşmə bağlamaq istəməsələr, biz yenə öz yolumuzla getməkdə davam edəcəyik”, - deyə İran prezidenti əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər