Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək
Tarix: 24-04-2025 15:54 | Bölmə: Siyasət
Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.




Bölməyə aid digər xəbərlər