Putin yeni və təktərəfli atəşkəs elan edib
Tarix: 28-04-2025 17:09 | Bölmə: Siyasət
Putin yeni və təktərəfli atəşkəs elan edib

Rusiya prezidenti Vladimir Putin Sovet-Alman müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə atəşkəs elan edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mediası Kremlə istinadla məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarı ilə humanitar mülahizələrə əsaslanaraq Qələbənin 80-ci ildönümü günlərində - mayın 7-dən 8-i saat 00:00-dan mayın 10-dan 11-i saat 00:00-dək Rusiya tərəfi Ukrayna ilə bütün hərbi əməliyyatları dayandıracaq.

Kreml hesab edir ki, Ukrayna tərəfi də atəşkəsə qoşulmalıdır.

“Ukrayna tərəfi atəşkəsi pozarsa, Rusiya Federasiyasının Silahlı Qüvvələri adekvat və effektiv cavab verəcək”, - Putin bildirib.

Rusiya lideri əlavə edib ki, o, Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmaq, beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə yönəlmiş ilkin şərt olmadan sülh danışıqlarına hazırdır.

Xatırladaq ki, aprelin 19-da Rusiya lideri Ukraynaya qarşı müharibədə “Pasxa barışığı” elan etmiş, aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırılması barədə göstəriş vermişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər