Ramid Namazov: Dövlətimiz istənilən təhdidi dəf etməyə qadirdir
Tarix: 02-05-2025 15:52 | Bölmə: Siyasət
Ramid Namazov: Dövlətimiz istənilən təhdidi dəf etməyə qadirdir
Ramid Namazov

Dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir.

Reyting.az
“Report”-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda təşkil olunan müzakirələrdə, fevralın 20-də bir sıra media resusrlara hücumlarla bağlı danışan komissiyanın sədri Ramid Namazov deyib.

O qeyd edib ki, hücumlara qarşı görülən tədbirlər barədə hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətin bu sahədə kifayət qədər irəlilədiyinin bir daha şahidi olmaq mümkündür:

“Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir”.




Bölməyə aid digər xəbərlər