Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb
Tarix: 02-05-2025 21:48 | Bölmə: Siyasət
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

Prezidentin köməkçisi Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri və ictimai-siyasi dairələrin nümayəndələri ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) görüş keçirib.

Reyting.az
 xəbər verir ki, bu barədə BMTM məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkənin xarici siyasət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik çağırışları, Ermənistanla aparılan normallaşma prosesi, Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin gücləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran strateji hədəflər müzakirə olunub.




Bölməyə aid digər xəbərlər