Tramp: Hindistanın Pakistana hücumu biabırçılıqdır
Tarix: 07-05-2025 09:21 | Bölmə: Siyasət
Tramp: Hindistanın Pakistana hücumu biabırçılıqdır

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında başlayan döyüşləri tənqid edib.

Reyting.az
xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Ağ ev rəhbərinə Hindistan tərəfinin Pakistanın nəzarətində olan ərazilərə raket zərbələri ilə bağlı sual verildikdə "Bu biabırçılıqdır. Biz bundan indicə xəbər tutduq", - deyib.

Tramp bildirib ki, döyüşlərin çox tez bitəcəyinə ümid edir.

Qeyd edək ki, mayın 6-da axşam və mayın 7-də Yeni Dehli vaxtı ilə səhər saat 02:00 radələrində Hindistan ordusu Kəşmirin (Pakistan) mərkəzi Müzəffərabad ərazisinə raket zərbəsi endirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər