Serbiya prezidentinin təyyarəsi Bakıda məcburi eniş edib
Tarix: 07-05-2025 16:16 | Bölmə: Siyasət
Serbiya prezidentinin təyyarəsi Bakıda məcburi eniş edib

Moskvaya səfərə yola düşən Serbiya prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycana eniş etməyə məcbur olub.

Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfərə yola düşüb.(APA)




Bölməyə aid digər xəbərlər