Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
Tarix: 17-05-2025 15:54 | Bölmə: Siyasət
Ədalət Partiyasına yeni sədr seçiblər

Bu gün Ədalət Partiyasının IX Qurultayı keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, bu, uzun illər partiyanın sədri olmuş mərhum İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasının ilk qurultayı olacaq.

Qurultay seçkili orqanların hesabatlarını dinləyəcək və qiymətləndirəcək. Eyni zamanda Ədalət Partiyasının sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini və Ali Məclisin üzvlərinin 1/3-ni seçəcək.

***

Bu gün Ədalət Partiyasının IX Qurultayı keçirilib.

Reyting.az
xəbər verir ki, qurultayda seçkili orqanların hesabatları dinlənilib, partiyanın yeni sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və Ali Məclisin 1/3-i seçilib.

Qurltayın qərarına əsasən, bundan sonra partiyanın sədri Mütəllim Rəhimlidir.


Mütəllim Rəhimli

Həmçinin partiyanın 56 rayon təşkilatının 54-nün qurultaya nümayəndələri seçilib və protokoldan çıxarışları təqdim olunub.

Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib