12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
Tarix: 20-05-2025 15:43 | Bölmə: Siyasət
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir

İranın ali dini lideri Seyid Əli Xamnəi ABŞ-la danışıqların müsbət nəticə verəcəyini düşünmədiyini və ölkəsinin “uranın zənginləşdirilməsi ilə bağlı heç kimin icazəsinə ehtiyacı olmadığını” deyib.

Reyting.az
xəbər verir ki, dini rəhbər bu barədə 19 may 2024-cü ildə helikopter qəzasında həyatını itirən keçmiş prezident İbrahim Rəisi və onu müşayiət edənlərin anım mərasimində çıxışı zamanı söz açıb.

Mərasimdə çıxış edən Xamnəi ABŞ-la danışıqlar prosesi ilə bağlı deyib:

“Şəhid Rəisi ABŞ ilə birbaşa danışıqlar aparmayacağını açıq şəkildə ifadə edib. Təbii ki, Şəhid rəhbərin dövründə dolayı danışıqlar olub, lakin heç bir nəticə əldə olunmayıb. Hələ ki, bunun işə yarayacağını düşünmürük və nə olacağını bilmirik”.

ABŞ-nın birbaşa danışıqlar tələbi və İranın dolayı danışıqlarda israrlı olması ilə bağlı Xamnəi bunları söyləyib:

“ABŞ-nın birbaşa danışıqlarda bu qədər israrlı olmasının səbəbi təhdid və hiylə ilə İranı danışıqlar masasına gətirə bildiklərini iddia etməkdir”.

O, birbaşa danışıqlara qarşı mövqeyini bir daha bəyan edib.

ABŞ-nın danışıqlar zamanı İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırması tələbinə toxunan Xamnəi qeyd edib ki, dolayı danışıqlarda iştirak edən digər tərəf absurd çıxışlar etməməyə çalışmalıdır: “İrana uranı zənginləşdirməyə icazə verilməyəcək”,- demək böyük səhvdir. İran bu və ya digər yerdən icazə gözləmir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib