İsrail səfiri Azərbaycana təşəkkür edib
Tarix: 22-05-2025 12:31 | Bölmə: Siyasət
İsrail səfiri Azərbaycana təşəkkür edib

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstəyə görə minnətdarlıq edib.

Reyting.az
xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Vaşinqtondakı yəhudi tədbirində baş verən və İsrail səfirliyinin iki əməkdaşı - Yaron və Saranın güllələnərək öldürüldüyü dəhşətli terror aktından sarsılmışıq. Bu gənclər növbəti həftə nişanlanmalı idilər. Bunun əvəzinə, ürək ağrısı ilə onların dəfninə hazırlaşırıq. Azərbaycan xalqına və hökumətinə bu ölkədə İsrail diplomatlarının və yəhudi icmasının müdafiəsinə olan qətiyyətli sadiqliyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm"




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib