12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Afaq Bəşirqızı: "Razi Nurullayevin bir deputat kimi gücü çatırsa, özü versin"
Tarix: 23-05-2025 17:51 | Bölmə: Siyasət
Afaq Bəşirqızı: "Razi Nurullayevin bir deputat kimi gücü çatırsa, özü versin"

Millət vəkili Razi Nurullayev KİV-ə açıqlamasında mədəniyyət işçilərinə - aktyor, rəssam və bəstəkarlara ev verilməsini təklif edib.

Reyting.az
xəbər verir ki, Demokrat.az bu təkliflə bağlı fikirlərini öyrənmək üçün Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb.

Aktrisa bu təklifin ona maraqlı olmadığını deyib:

“Bu təklif mənimçün nə təzə mövzu deyil, nə də maraqlıdır. Bu məsələni incəsənət xadimləri də qaldırıb, mən özüm də. Prezidentlə həmin görüşdən sonra 18 nəfər ev alıb. Razi Nurullayevin bir deputat kimi gücü çatırsa, özü versin, yoxsa belə deməyə nə varki...”




Bölməyə aid digər xəbərlər