Paşinyan: "Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə..."
Tarix: 26-05-2025 11:02 | Bölmə: Siyasət
Paşinyan: "Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə..."

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.

O, bu barədə “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində bildirib.

"Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistanın qanunlarına uyğun olmadığına qərar versə, mənim şəxsi mövqeyim bundan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm, çünki hesab edirəm ki, sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz", - o qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə olmayacaq(Report).




Bölməyə aid digər xəbərlər
27-05-2025, 08:35 Putin Trampı məyus edib