Qriqoryan: Beynəlxalq ictimaiyyəti regionda sülhə töhfə verməyə dəvət edirik
Tarix: 26-05-2025 14:58 | Bölmə: Siyasət
Qriqoryan: Beynəlxalq ictimaiyyəti regionda sülhə töhfə verməyə dəvət edirik

“Sülh prosesinin bir çox komponentləri var, o cümlədən region ölkələri arasında iqtisadi əlaqələr və “Sülhün kəsişməsi” layihəsi digər ölkələrin də bu prosesdə iştirakına imkan yaradır”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” təşəbbüsü Cənubi Qafqazda regional əlaqənin yaradılmasına, regionda sülh və sabitliyin təşviqi üçün genişləndirilməsinə yönəlmiş iqtisadi layihədir.

A. Qriqoryanın fikrincə, Ermənistan üçün blokun açılmasının region ölkələrinin suverenliyi və yurisdiksiyası əsasında baş tutması vacibdir:

“Blokların açılması kontekstində biz bərabərlik və qarşılıqlılıq prinsipləri çox vacib hesab edirik. Hazırda Ermənistanda “Sülhün kəsişməsi” layihəsinin tərkib hissəsi olan bir çox proqramlar həyata keçirilir. Biz region ölkələrini və beynəlxalq ictimaiyyəti bu prosesdə iştirak etməyə və regionda sülhə töhfə verməyə dəvət edirik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
27-05-2025, 08:35 Putin Trampı məyus edib