Türkiyə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır
Tarix: 27-05-2025 11:53 | Bölmə: Siyasət
Türkiyə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Moskvaya səfəri zamanı ölkəsinin Kiyev və Moskva arasında danışıqların yeni raundunda vasitəçilik etməyə hazır olduğunu təsdiqləyəcək.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” nəşri yazıb.

Qeyd olunur ki, Fidan Rusiyaya səfəri zamanı prezident Putinlə görüşüb. Onların görüşü bir saata yaxın davam edib.

Türkiyə diplomatiyası rəhbərinin Rusiyaya səfəri iki gün davam edəcək. Onun rusiyalı həmkarı Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Andrey Belousovla da görüşü gözlənilir.

Nəşr yazır ki, Fidan Türkiyənin genişmiqyaslı müharibədə ədalətli və davamlı sülhə sadiqliyini vurğulayacaq və ölkənin danışıqların yeni raundunda vasitəçi kimi töhfə verməyə hazır olduğunu təsdiq edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
27-05-2025, 08:35 Putin Trampı məyus edib