16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
MSK sədrinin müavinləri və katiblərinə diplomatik pasport veriləcək
Tarix: 30-05-2025 13:26 | Bölmə: Siyasət
MSK sədrinin müavinləri və katiblərinə diplomatik pasport veriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavinləri və katiblərinə diplomatik pasport verilməsi məsələsi müzakirə olunur.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O xatırladıb ki, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ötən iclasda irəli sürdüyü təklif əsaslıdır: "Hazırda bununla bağlı qanunvericilik təşəbbüsü hüququna malik orqan kimi müzakirələr aparırıq".




Bölməyə aid digər xəbərlər
27-05-2025, 08:35 Putin Trampı məyus edib