İki ölkəyə qarşı nüvə sualtı donanması yaradırlar
Tarix: 02-06-2025 13:00 | Bölmə: Siyasət
İki ölkəyə qarşı nüvə sualtı donanması yaradırlar

Böyük Britaniya “Soyuq müharibə”dən bəri ən böyük müdafiə təşəbbüsünü elan edib. Yeni təhlükəsizlik strategiyasının bir hissəsi olaraq, hökumət Rusiya və Çindən gələn təhdidlərə daha effektiv müqavimət göstərmək üçün hər 18 aydan bir nüvə hücumu üçün sualtı qayıq yaratmağı öhdəsinə götürür.

Reyting.az
xəbər verir ki, bu barədə bazar ertəsi Müdafiə naziri Con Hili bildirib.

“Təhdidlər artır və biz Rusiyanın təcavüzünə qarşı qətiyyətlə hərəkət etməliyik”,- nazir deyib. Nazir əlavə edib ki, Britaniya sualtı qayıqları gecə-gündüz patrulluq edir, ölkənin və onun müttəfiqlərinin təhlükəsizliyini qoruyur.

Britaniya mediası yazır ki, yeni təhlükəsizlik strategiyasına 12 yeni SSN-AUKUS sinifli sualtı qayığın tədricən hazırkı “Astute” sinif qayıqlarını əvəz etməsi, daha 4 yeni “Dreadnought” sualtı qayığı nüvə qarşısının alınmasına cavabdeh olan “Vanguard” donanmasını əvəzləməsi, eyni zamanda ilk dəfə olaraq suveren nüvə başlığı proqramına sərmayənin miqyasını 15 milyard funt-sterlinqə çardırmaq daxildir.

Müdafiə strategiyası həmçinin 6 yeni döyüş sursatı zavodunun tikintisini və artilleriya mərmilərinin, partlayıcı maddələrin istehsalını artırmaq üçün 1,5 milyard funt-sterlinq vəsaitin ayrılmasını və pilotsuz təyyarələr də daxil olmaqla əlavə 7000 ədəd uzaqmənzilli silahın alınmasını nəzərdə tutur.

Rəqəmsal əsrdə təhdidlərin yeni formasını şərh edən C. Hili deyib ki, klaviatura müharibə silahına çevrilib.

Gələcəkdə ənənəvi döyüş sistemlərini əvəz edə biləcək kamikadze dronların yaradılması da planlaşdırılır. Yeni döyüş qüvvələri modelinə əsasən, 20 faizi ənənəvi ağır qüvvələr, 40 faizi birdəfəlik ucuz dronlar, 40 faizi isə təkrar istifadə edilə bilən, tam avtonom sistemlər olacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər